Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7698
Title: Əcnəbilərin nitqində fonetik interferensiya (Azərbaycan və Çin dilləri materialları əsasında )
Authors: Wang, Siyuan
Keywords: çin dili
interferensiya
Issue Date: 2024
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Çin dilində antroponim və toponimlərin Azərbaycan dilinə transliterasiyasının tələbatını daha yaxşı ödəmək üçün 5 qayda irəli sürərək bunun əsasında Çin dilinin “ilk” və “son”ları üçün transliterasiya cədvəli tərtib etmişik. Düşünürük ki, bu qaydalar toplusu həm Çin, həm də Azərbaycan dilinin xüsusiyyətlərini nəzərə alır, dəqiqdir, oxumaq, yazmaq və öyrənmək asandır. Çin dilində olan antroponim və toponimlərin transliterasiyası, eyni zamanda, tələffüzü üçün irəli sürülən təkliflərin Azərbaycan mətbuatı, kütləvi informasiya vasitələri üçün müstəsna xidmətləri olacağına inanırıq. Nəticə olaraq qeyd edilməlidir ki, Azərbaycan və Çin dillərinin səsləri üzərində aparılan tədqiqat onu deməyə əsas verir ki, bu dillərin fonetik sistemində kifayət qədər fərqli səslər vardır ki, tələffüz zamanı yeni dil öyrənənlərin nitqində normadan kənaraçıxma ilə nəticələnir. Bu səslərin öyrənilməsi gələcəkdə Çin dilini öyrənən azərbaycanlılara və əksinə Azərbaycan dilini öyrənən çinlilərə kömək ola bilər. Məlumdur ki, interferensiya hadisəsi dil bilikləri dərinləşdikcə azalır. Bu səbəbdən də hər iki dildə interferensiya hallarının öyrənilməsi gələcəkdə bu halların təkrarlanmasının qarşısını alır.
Description: Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Dillər və ədəbiyyatlar İxtisas: Azərbaycan dili Elmi rəhbər: fil.ü.f.d., dos. Rasim Arif oğlu Heydərov
URI: http://hdl.handle.net/20.500.12323/7698
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.