Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7672
Title: 5-ci sinifdə inklüziv təhsildə universal təhsil dizaynının təşkilinin şagirdlərin akademik inkişafına təsiri
Authors: Muradalı, Səkinə Yaşar qızı
Keywords: İnklüziv təhsil
universal təhsil dizaynı
5-ci siniflərdə universal təhsil dizaynının akademik inkişafa təsiri
Issue Date: 2024
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: İnklüziv təhsildən bəhs edərkən irəli sürülən bir çox fikir və yanaşmalara rast gələ bilərik. Bu təhsil növü sağlamlıq çətinlikləri və məhdudiyyətləri olan şəxslərin təhsilə giriş hüquqlarının təmin edilməsi üçün maddi və mənəvi şəraitin yaradılmasıdır. İnklüziv təhsil sağlamlıq imkanları məhdud şəxslərin digər insanlarla bərabər imkanlara və haqqlara sahib olaraq təhsil alması və cəmiyyətə qazandırılması deməkdir. Aparılan tədqiqatın məqsədi inklüziv təhsil haqqında ən son yenilikləri araşdırmaq və universal təhsil dizaynının (UTD) bu sistemdəki rolunu müəyyən etmək və hal-hazırda Azərbaycanda 5-ci siniflər üzrə inklüziv təhsildə UTD tətbiqinin hansı səviyyədə olduğunu aydınlaşdırmaqdan ibarətdir. Tədqiqat hazırlanarkən bir çox ölkədə inklüziv təhsilin tarixi, inkişafı və təhsildəki roluna dair məlumatlar toplanmış və Azərbaycandakı təhsilə verə biləcəyi töhfələr barədə təhlillər edilmiş, bununla bərabər UTD-yə inklüziv təhsildə daha çox müraciət edilən ölkələr haqqında ətraflı informasiya əldə edilmiş və Bakıda yerləşən özəl bir məktəbin iki 5-ci sinfi ilə eksperimentlər aparılmış və yenə həmin məktəbin inklüziv təhsildə yer alan 40 müəllimi ilə sorğu keçirilmişdir.
Description: Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil fakültəsi Departament: Təhsil departementi İxtisas: Pedaqogika nəzəriyyəsi və tarixi Elmi rəhbər: pedaqogika üzrə fəslsəfə doktoru Xalidə Həmidova
URI: http://hdl.handle.net/20.500.12323/7672
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.