Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7653
Full metadata record
DC Field | Value | Language |
---|---|---|
dc.contributor.author | Yusifova, Aytən Rafail qızı | - |
dc.date.accessioned | 2024-09-26T08:01:30Z | - |
dc.date.available | 2024-09-26T08:01:30Z | - |
dc.date.issued | 2024 | - |
dc.identifier.uri | http://hdl.handle.net/20.500.12323/7653 | - |
dc.description | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: psixol. ü.f.d., dosent L.M.Cabbarova | en_US |
dc.description.abstract | Təqdim edilmiş bu dissertasiya işi cütlüklərdə münasibətdən məmnunluq və bağlanma tərzi arasındakı əlaqəni öyrənir. Tədqiqat işi ümumilikdə giriş, üç fəsil, nəticə, istifadə edilmiş ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Giriş hissədə mövzunun aktuallığı, problemin inkişaf dərəcəsi, tədqiqatın predmeti, tədqiqatın obyekti, tədqiqatın məqsəd və vəzifələri, tədqiqat metodları, tədqiqatın praktik əhəmiyyəti və tədqiqatın strukturu öz əksini tapmışdır. Dissertasiya işinin “Ədəbiyyat xülasəsi” adlı birinci fəsli iki yarımfəsildən səkkiz alt yarımfəsildən ibarətdir. Burada bağlılıq anlayışının mahiyyəti, bağlanmanın təzahür xüsusiyyətləri və əsas əlamətləri, bağlılığı inkişaf etdirən faktorları, sosial-psixoloji amillər, fərdi-psixoloji xüsusiyyətlər, bağlılıq fenomeninin tədqiqi istiqamətlərinin öyrənilməsi ilə bağlı müxtəlif psixoloji ədəbiyyatlardan istifadə edərək, nəzəriyyəsinin əsas anlayışlarını araşdıraraq təhlil edir. Eyni zamanda bu fəsildə, şəxsiyyətlərarası münasibətlərin mahiyyəti və şəxsiyyətlərarası münasibətlərin ümumi xarakteristikası, yaxın şəxsiyyətlərarası münasibətlərin xüsusiyyətləri, sevgi münasibətləri və dostluq münasibətləri, romantik münasibətlərdə bağlılıq fenomeninin təzahürləri ilə bağlı tədqiqatların təhlili təşkil edir. Təqdim edilən dissertasiya işinin ikinci fəsli “Tədqiqatın metod və metodikaları” adlanır. İkinci fəsildə tədqiqatın təşkili və keçirilməsi haqqında bəhs edilmiş, 18-54 yaş aralığında olan cütlüklərdə “Demoqrafik məlumatlar anketi”, Cindy Hazan və Phillip Shaver tərəfindən 1987-ci ildə tərtib edilən “Böyüklər üçün bağlanma tərzi şkalası” Amerikalı psixoloqlar, Funk, J. L. və Rogge, R. D tərəfindən 2007-ci ildə tərtib “Cütlüklərdə münasibətdən məmnuniyyət indeksi”, S.Hendrick tərəfindən inkişaf etdirilən “Cütlüklərdə münasibətin qiymətləndirilməsi” metodikaları keçirilmişdir. Alınan nəticələrin təhlili zamanı SPSS proqramından istifadə edilmişdir. Tədqiqat işinin “Tədqiqatdan alınan nəticələrin statistik təhlili və müzakirəsi” adlanan üçüncü fəslində isə eksperimental tədqiqatın nəticələri təhlil edilmişdir. Tədqiqatdan əldə edilən nəticələrə əsasən güvənli bağlanma tərzinə malik tədqiq olunanlarda, münasibətlərindən məmnunluq səviyyəsinin yüksək, qaçınan və təşvişli bağlanma tərzinə malik olan tədqiq olunanlarda isə münasibətdən məmnunluq səviyyəsinin aşağı olduğu məlum olmuşdur. Dissertasiya işi nəticə və istifadə edilmiş ədəbiyyat siyahısı ilə sonlanmışdır. Açar sözlər: bağlanma nəzəriyyəsi, bağlanma tərzləri, yaxın münasibətlər, sevgi münasibətləri | en_US |
dc.language.iso | other | en_US |
dc.relation.ispartofseries | ;Magistr dissertasiyası | - |
dc.subject | bağlanma tərzi | en_US |
dc.subject | bağlılıq | en_US |
dc.title | Cütlüklərdə bağlanma tərzi ilə münasibətdən məmnunluq arasındakı əlaqənin öyrənilməsi | en_US |
dc.type | Thesis | en_US |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Cütlüklərdə bağlanma tərzi ilə münasibətdən məmnunluq arasındakı əlaqənin öyrənilməsi.pdf | 926.75 kB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.