Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7652
Title: | Yeniyetmələrdə bağlanma tərzlərinin qəzəb ifadə etmə və təşviş əlamətləri üzərində təsiri |
Authors: | Gözəlova, Nərgiz Bəxtiyar qızı |
Keywords: | bağlanma təşviş |
Issue Date: | 2024 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Tədqiqat işinin məqsədi yeniyetmələrdə bağlanma tərzləri araşdırılaraq, bağlanma tərzləri ilə qəzəb və təşviş arasındakı əlaqəni müəyyənləşdirmək və şagirdlərdə bağlanma tərzi əsasında yaranmış problemləri aradan qaldırmaq yollarını araşdırmaqdan ibarətdir. Tədqiqatda 14-17 yaşlı (9-11 ci sinif) 90 nəfər (30 şagird - 9-cu sinif, 30 şagird-10-cu sinif, 30 şagird- 11-ci sinif) yeniyetmələrin bağlanma stillərində yaranan psixoloji problemlərinin araşdırılması məqsədi ilə iştirak etmişdir. Tədqiqat işinin məqsədi yeniyetmələrdə bağlanma tərzləri araşdırılaraq, bağlanma tərzləri ilə qəzəb və təşviş arasındakı əlaqəni müəyyənləşdirmək və şagirdlərdə bağlanma tərzi əsasında yaranmış problemləri aradan qaldırmaq yollarını araşdırmaqdan ibarətdir. Tədqiqat Rövşən Əliyev adına 254 №-li tam orta məktəbdə təsadüf seçim üsuli ilə 90 respondentin tədqiqata cəlb olunması ilə həyata keçirilmişdir. Beləliklə apardığımız sosio - demoqrafik göstəricilərin nəticələrinə uyğun olaraq tədqiqata cəlb olunan respondentlər arasında güvənli bağlanma tərzinə sahib olan 35 nəfər yeniyetmə , güvənsiz bağlanma tərzinə sahib olan 55 nəfər yeniyetmə iştirak etmişdir. Belə qənaətə gəldik ki tədqiqatda iştirak edən güvənsiz bağlanma tərzinə sahib yeniyetmələr daha çoxdur. 90 nəfər arasında təşviş və qəzəbin sosial demoqrafik göstəricilərinə nəzər salsaq yüngül təşviş dərəcəsi və qəzəbin günahlandırma növünün çoxluq təşkil etdiyi müşahidə olunur. Son olaraq apardığımız statistik təhlilə əsasən güvənli bağlanma tərzinə sahib yeniyetmələrdə güvənsiz bağlanma tərzinə sahib yeniyetmələrlə müqayisədə qəzəb və təşviş müşahidə edilmir. Bu da bizim əsas fərziyyəmizin özünü doğrultduğunu bir daha sübut etdi. Tədqiqat zamanı nəticələrin təhlili irəli sürdüyümüz əsas fərziyyənin statistik olaraq əhəmiyyətli olduğunu təyin etmiş olur. Belə ki, tədqiqat işinin köməkçi fərziyyələrində aparılan araşdırmaya əsasən yeniyetmələrdə uğur göstəricisi artıqca yeniyetmələrdə təşviş və qəzəbin müşahidə edilməsi arasında kiçik orta dərəcədə əhəmiyyətsiz əlaqə müşahidə edilmişdir. Ümumilikdə tədqiqat işinin istiqaməti, irəli sürülən fərziyyələr, qarşıya qoyulan məqsədlər tədqiqatın eksperimental olaraq mahiyyətini ortaya çıxarmış olur. |
Description: | Fakültə: Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: Psixologiya üzrə fəlsəfə doktoru Verdiyeva Ləman Əşrəf qızı |
URI: | http://hdl.handle.net/20.500.12323/7652 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Yeniyetmələrdə bağlanma tərzlərinin qəzəb ifadə etmə və təşviş əlamətləri üzərində təsiri.pdf | 1.21 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.