Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7643
Full metadata record
DC FieldValueLanguage
dc.contributor.authorCəbrayılova, Xədicə Sabir qızı-
dc.date.accessioned2024-09-24T08:38:43Z-
dc.date.available2024-09-24T08:38:43Z-
dc.date.issued2024-
dc.identifier.urihttp://hdl.handle.net/20.500.12323/7643-
dc.descriptionFakültə: Təbiət elmləri, Sənət və Texnologiya yüksək təhsil Departament: Psixologiya İxtisas: Klinik psixologiya Elmi rəhbər: Psixologiya üzrə fəlsəfə doktoru Ramiyyə Cavadova Rövşən qızıen_US
dc.description.abstractFərqli dövrlərdə müxtəlif xəstəliklərin rast gəlinmə tezliyi, onların təzahür xüsusiyyətləri dəyişildiyi kimi bu xəstəliklərə münasibət, onların diaqnozu və müalicə üsulları da fərqli məna kəsb etməyə başlayır. Bunda elmin inkişafının nəticəsi kimi biliklərin yenilənməsi ilə bərabər, cəmiyyətin sosial normalarında baş verən dəyişikliklərin də rolu böyükdür. Xüsusilə də cinsi problemlərə münasibət heç də hər zaman birmənalı olmamışdır. Fiziki, şəxsiyyətlərarası və psixososial məsələlərin qovşağında cinsi disfunksiyalar olduqca mürəkkəb və mübahisəli xarakterə malik olur. Cinsi disfunksiyaların bir növü kimi vaginizm müxtəlif müəlliflər tərəfindən qadınların şəxsiyyət xüsusiyyətləri, psixopatoloji vəziyyətləri, psixoseksual inkişafı, patologiyada rol oynayan əzələ qrupları və onların təzahürləri baxımından təsnif edilmişdir. Bu disfunksiya fiziki səbəblərdən olduğu kimi, psixoloji səbəblərdən də qaynaqlana bilir. Psixogen vaginizmin digər psixi pozuntular ilə əlaqəsi araşdırılarkən, müəyyən olunmuşdur ki, psixogen vaginizm əsasən tək başına mövcud olmur, depressiya, təşviş, OKB, isteriya, stress pozuntusu və s. kimi bir sıra problemlər onu müşayiət edir. Dissertasiya işinin əsas məqsədi vaginizm diaqnozu qoyulmuş qadınlarda təzahür edən psixi pozuntuları araşdırmaq, depressiya, şəxsiyyətlərarası həssaslıq, paranoid düşüncələr, psixotizm, obsessiv-kompulsiv simptomlar, somatizasiya, təşviş, fobik narahatlıq, ədavət, təşviş pozuntusunun səviyyələrini ölçməkdən ibarətdir. Tədqiqatın obyektini müxtəlif cinsi pozuntular səbəbilə ginekoloqa müraciət etmiş qadınlar təşkil edir. Tədqiqatın predmeti psixogen vaginizm diaqnozu qoyulmuş qadınlarda digər psixi pozuntların təzahür xüsusiyyətləridir. Tədqiqatın fərziyyəsi psixogen vaginizm problemi ilə bağlı ginekoloqa müraciət edən qadınlarda psixopataloji hallara rast gəlinmə tezliyinin, ginekoloqa digər problemlərlə bağlı müraciət edən qadınlara nisbətən üstünlük təşkil etməsini nəzərdə tutur. Tədqiqat zamanı demoqrafik göstəriciləri də ehtiva edən zəruri məlumatların toplanması məqsədi ilə müəllif tərəfindən tərtib olunan anket və tədqiq olunanlarda psixopatoloji halların müəyyənləşdirilməsi üçün Qısa Simptom Testindən” (QST) (Derogatis tərəfindən hazırlanmış, Mələk Kərimova və Nərmin Osmanlı tərəfindən Azərbaycan mədəniyyətinə adaptasiya olunmuşdur) istifadə olunmuşdur. Aparılan tədqiqat psixogen vaginizm problemi ilə bağlı ginekoloqa müraciət edən qadınlarda psixi pozuntuların rast gəlinmə tezliyinin daha çox olduğunu aşkar etmişdir.en_US
dc.language.isootheren_US
dc.relation.ispartofseries;Magistr dissertasiyası-
dc.subjectcinsi disfunksiyaen_US
dc.subjectpsixogen vaginizmen_US
dc.titlePsixogen vaginizm və onun digər psixi pozuntularla əlaqəsien_US
dc.typeThesisen_US
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Psixogen vaginizm və onun digər psixi pozuntularla əlaqəsi.pdf1.38 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.