Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/7642
Title: | Abituriyentlərdə Tükənmişlik Sindromunun Təzahürü və Onların Şəxsi Rifahına Təsiri |
Authors: | Kamilbəyli, Aysu Mehdi qızı |
Keywords: | Tükənmişlik sindromu şəxsi rifah SBI |
Issue Date: | 2024 |
Series/Report no.: | ;Magistr dissertasiyası |
Abstract: | Texnologiyanın sürətli inkişafı, dünyada baş verən intensiv dəyişikliklər, informasiya yüklənməsi və s. ilə qarşı-qarşıya qaldığımız müasir dövrdə insanların bütün bu hadisələri anlamağa, eləcə də uyğunlaşmağa çalışması, onlarda fiziki və psixoloji yetərsizlik və yorğunluq hissinin yaranmasına səbəb olur. Bu yetərsizlik və yorğunluq halı psixoloji ədəbiyyatlarda “tükənmişlik sindromu” kimi ifadə olunur. İlk zamanlar bu termin bitkinlik, faydasızlıq hissi və tükənmə vəziyyəti kimi müəyyən edilsə də müasir tədqiqatçılar emosional tükənmənin xroniki yorğunluq sindromunun formalaşması ilə əlaqəli ola biləcəyini vurğulayırlar. Ümumdünya səhiyyə təşkilatının tərifinə görə “tükənmişlik sindromu” (burnout syndrome – BS) məhsuldarlığın azalması, yorğunluq, yuxusuzluq və somatik xəstəliklərə qarşı həssaslığın artması ilə xarakterizə olunan fiziki, emosional və ya motivasyon tükənmədir. Bütün yaş qruplarını əhatə edən bu hal, əlbəttə ki, həssas dövr kimi qəbul olunan yeniyetmə yaş dövründə daha geniş diapazonlu təsirə malik olur. Şagirdlər uşaqlıqdan yeniyetməliyə addım atmanın həyəcanını yaşamağa çalışarkən, mübarizə apardıqları bir çox sahə vardır: böyümə prosesi, bəzən mənalandırmaqda çətinlik çəkdikləri emosional dalğalanmalar kimi fiziki böyümə ilə bağlı dövrün dinamik xüsusiyyətləri, ailə və ictimai həyatla bağlı məsələlər, ən əsası isə məktəb mühiti ilə əlaqədar meydana gələ biləcək problemlərdir. Xüsusilə yuxarıyaşlı məktəblilərdə imtahan stressi, dərs yükünün artması, müəllim və valideynlərin gözləntiləri, həmçinin öz müqəddəratlarının həll olunması kimi məsələlərin qovşağında bu məsələ, daha mühüm əhəmiyyət kəsb edir. Dissertasiya işində tükənmişlik sindromu məhz bu aspektdən araşdırılmışdır. |
Description: | Fakültə: Təbiət elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Departament: Psixologiya İxtisas: Klinik Psixologiya Elmi rəhbər: Psixologiya üzrə fəlsəfə doktoru Cavadova Ramiyyə Rövşən qızı |
URI: | http://hdl.handle.net/20.500.12323/7642 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Abituriyentlərdə Tükənmişlik Sindromunun Təzahürü və Onların Şəxsi Rifahına Təsiri.pdf | 1.31 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.