Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7344
Title: Anadangəlmə və sonradan qazanılmış fiziki məhdudiyyəti olan şəxslərdə depressiyanın müqayisəli təhlili
Other Titles: A comparative analysis of depression in persons with congenital and acquired physical limitations
Authors: İsmayıllı, Aynur
Issue Date: Jun-2023
Series/Report no.: ;Magistr dissertasiyası
Abstract: Təqdim olunan dissertasiya işində anadangəlmə və sonradan qazanılmış fiziki məhdudiyyəti olan şəxslərdə depressiyanın müqayisəli təhlili aparılmışdır. Tədqiqat işi ümumilikdə giriş, üç fəsil, yeddi yarımfəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. Dissertasiya işinin giriş hissəsində fiziki məhdudiyyət və depressiya arasında olan əlaqə təhlil olunmuşdur, mövzunun aktuallığı, obyekti və predmeti, həmçinin tədqiqatın məqsəd və vəzifələri öz əksini tapmışdır. Dissertasiya işinin birinci fəslində fiziki məhdudiyyət probleminin ümumi nəzəri məsələləri geniş formada araşdırılmışdır. Öncəliklə fiziki məhdudiyyət anlayışı və fiziki məhdudiyyətə olan müxtəlif nəzəri yanaşmalar ətraflı şəkildə açıqlanmışdır. Fiziki məhdudiyyətin yaranma səbəbləri, fiziki məhdudiyyətin növləri, anadangəlmə və sonradan qazanılmış fiziki məhdudiyyət barədə məlumatlar öz əksini tapmışdır. İkinci fəsildə depressiyanın klinik-psixoloji mahiyyəti və fiziki məhdudiyyətin depressiyanın yaranmasına təsiri nəzərdən keçirilmişdir. Həmçinin depressiyanın yaranmasına təsir edən amillər təhlil edilmiş, anadangəlmə və sonradan qazanılmış fiziki məhdudiyyətin depressiyanın yaranmasına təsir etməsi hərtərəfli şəkildə izah edilmişdir. Dissertasiya işinin üçüncü fəslində 48 qadın, 55 kişi olmaqla cəmi 103 nəfər anadangəlmə və sonradan qazanılmış fiziki məhdudiyyətli şəxsdə depressiyanın müqayisəli eksperimental-psixoloji təhlili aparılmışdır. Tədqiqat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində aparılmışdır. Əldə olunan nəticələrin riyazi-statistik təhlili üçün SPSS proqramından istifadə edilmişdir. Beləliklə, müqayisəli təhlilə əsasən sonradan qazanılmış fiziki məhdudiyyəti olan şəxslərdə depressiyanın səviyyəsi anadangəlmə fiziki məhdudiyyəti olan şəxslərə nisbətən yüksək olduğu müəyyən edilmişdir.
Description: İstiqamətin şifri və adı 060209 - Psixologiya İxtisaslaşmanın adı Klinik psixologiya Elmi rəhbər: p.ü.f.d. Kamilə Qinyaz qızı Kazımova
URI: http://hdl.handle.net/20.500.12323/7344
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.