Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/7246
Title: Qərbi Avropa personalizminin fəlsəfi təhlili
Authors: Xəlilov, Ruslan
Keywords: insan və sivilizasiya
individualizm
personalizm
Munye və Avropa personalizmi
Issue Date: 2023
Publisher: “Metafizika” Journal
Series/Report no.: Vol. 6;№ 4
Abstract: İndividualizm və xüsusilə personalizm filosof-mütəfəkkirlərin diqqətini xüsusilə cəlb edən məsələlər sırasında olublar. İnsanın cəmiyyət ilə münasibətlərində öz xüsusiyyətləri, özgürlüyü və təkrar olunmazlığını qoruyub saxlamasını ifadə edən bu problemi müəyyən etməyin əhəmiyyətindən danışsaq, konkret bir şəxsə məxsus göstəricilərdən çıxış etməklə bütöv və hərtərəfli nəticə əldə etmək mümkündür. Qeyd olunan vəzifəni həyata keçirmək o qədər də asan deyildir. Çünki söhbət müəyyən bir şəxsi başqalarından ayırmaqdan başlayaraq, onun unikallığının formalaşması və mövcudluğunun müəyyən olunmasına qədər davam edən bir prosesi öyrənməkdən gedir. Dünyaya fərd kimi gələn insan öz fəaliyyəti, özünüdərketməsi sayəsində şəxsiyyətin qabil ola biləcəyi bir varlığa çevrilə bilər. Məhz cəmiyyətin normal fəaliyyəti və inkişafı üçün onun hər bir üzvünün müəyyən qədər özünəməxsusluğu zəruridir. Və cəmiyyət üzvlərinin rəngarəngliyi, burada aydın ifadə olunmuş fərdiyyətlər, şəxsiyyətlərin mövcudluğu hər bir ictimai quruluşun, onun mədəniyyətinin həqiqi zənginliyini təmin edir. Buna görə də, insanların fərdi özünəməxsusluğuna malik olması sosial inkişafın qanunauyğunluğu kimi də qəbul edilir. Məqalədə Avropa personalistlərinin fikirlərinə istinadən belə proseslər izlənilib.
URI: http://hdl.handle.net/20.500.12323/7246
ISSN: 2616-6879
2617-751X
Appears in Collections:Publications

Files in This Item:
File Description SizeFormat 
Qərbi Avropa personalizminin fəlsəfi təhlili.pdf580.81 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.