Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6927
Title: Tələbələrin universitet həyatına uyğunlaşmasında psixoloji dayanıqlılığı ilə stress səviyyələri arasındakı əlaqənin öyrənilməsi
Authors: Üzdənova, Təranə Elçin qızının
Keywords: Psixoloji dayanıqlılıq
Issue Date: 2023
Abstract: Təqdim olunan dissertasiya işində tələbə şəxsiyyətində uyğunlaşma, psixoloji dayanıqlılıq və stress səviyyələri arasındakı əlaqə eskperimental şəkildə öyrənilmişdir. Dissertasiya işi ümumi şəkildə- giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. İşin giriş hissəsində uyğunlaşma, psixoloji dayanıqlılıq və stress anlayışları ətraflı şəkildə şərh edilmiş, bu anlayışların tələbə şəxsiyyətindəki rolu vurğulanmış, mövzunun aktuallığı, işlənmə səviyyəsi, onun predmeti və obyekti, məqsəd və vəzifələri, fərziyyəsi öz əksini tapmışdır. İşin birinci fəslində uyğunlaşma anlayışının psixoloji mahiyyəti ətraflı şəkildə təhlil edilib tələbə həyatındakı önəmi vurğulanmış, psixoloji dayanıqlılıq anlayışının xarakteristikası və psixoloji dayanıqlılığa təsir göstərən faktorlar incələnmişdir. İşin ikinci fəslində stress sosial-psixoloji hadisə kimi araşdırılmış, mövzu haqqında müxtəlif nəzəri yanaşmalara və araşdırma işlərinə yer ayrılmışdır. Bu hissədə stress yaradan faktorlar, stress simptomları və streslə mübarizə üsulları, ən əsası da, tələbə şəxsiyyətində stresin rolu və mahiyyəti kimi məsələlər öz əksini tapmışdır. Dissertasiya işinin üçüncü fəsli isə mövzunun eksperimental tədqiqinə həsr edilmişdir. Bu hissədə tədqiqat işinin iştirakçıları, tədqiqat işinin strukturu, tədqiqat işi zamanı istifadə olunmuş metodlar və işin nəticələrinin təhlilindən alınan məlumatlar öz əksini tapmışdır. Tədqiqat işi 122 nəfər 17-29 yaş aralığında olan birinci kurs universitet tələbələri arasında həyata keçirilmiş, alınan nəticələrin statistik təhlili üçün IBM SPSS (28.0) proqramından istifadə edilmişdir. Belə ki, tədqiqatdan əldə etdiyimiz nəticələrə əsasən tələbələrin universitet həyatına uyğunlaşma səviyyəsi ilə onların psixoloji dayanıqlılıq və stress səviyyələri arasında əhəmiyyətli dərəcədə əlaqənin olduğu müəyyən edilmişdir.
URI: http://hdl.handle.net/20.500.12323/6927
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.