Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6827
Title: Azərbaycanda kiçik və orta sahibkarlığın gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılması
Authors: Hüseynzadə, Məhəmməd Rövşən oğlu
Keywords: kiçik və orta sahibkarlıq
davamlı inkişaf
rəqabətqabiliyyətlilik
Issue Date: 2023
Abstract: Tədqiqatın məqsədi Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın (KOB) davamlı inkişafa, rəqabət qabiliyyətinin gücləndirilməsinə, maliyyə dəstəyinə, potensialın gücləndirilməsinə, tənzimləmənin təkmilləşdirilməsinə, texnoloji tərəqqiyə, bazara təsirini qiymətləndirməkdir. Araşdırmada Azərbaycanda kiçik və orta sahibkarlığın güclənməsinə maneə olan səbəblər, problemlər və onların həlli yolları müəyyən ediləcək. Tədqiqat zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın güclənməsinə, rəqabət qabiliyyətinin artırılmasına maneə olan səbəblərin, problemlərin və onların həlli yollarının araşdırılması əsas məsələlərdəndir. Araşdırma zamanı empirik və nəzəri tədqiqat metodlarından istifadə edilmişdir. Tədqiqatın nəzəri və metodoloji əsaslarından yerli və xarici alimlər, iqtisadçılar, tədqiqatçıların iqtisadiyyat yönümlü kitablarından, internet resurslarından, o cümlədən mövzunun əhatə dairəsini əks etdirən məqalələrdən istifadə edilmişdir. Tezis 3 fəsildən ibarətdir və abreviatura/qeydlər, xülasə, mündəricat, giriş, nəticə/tövsiyələr və ədəbiyyat icmalından ibarətdir.
URI: http://hdl.handle.net/20.500.12323/6827
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.