Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6800
Title: Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycanda tətbiqi
Authors: Hətəmli, Nəsimi Xaqani oğlu
Keywords: mühasibat uçotu
maliyyə standartları
beynəlxalq standartlar
Issue Date: 2023
Abstract: Tədqiqatın məqsədi Azərbaycanda olan müxtəlif sektorlar üzrə Maliyyə Hesabatlarının Beynəlxalq standartlarının tətbiqi araşdırmaq, standartların tətbiqinin genişləndirilməsi yollarını öyrənmək və standartların tətbiqini zamanı əldə olunacaq müsbət amilləri müəyyən etməkdən ibarətdir. Azərbaucanda MHBS-nın tətbiq dərəcəsi sektorlar üzrə fərqli olduğu üçün tədqiqat zamanı müxtəlif sektorlar üzrə araşdırma aparılmışdır. Azərbaycanda MHBS-nın tətbiq səviyyəsi, tətbiqinə mane olan səbəblər, tətbiqinin genişləndirilməsi üçün görüləcək işlər, yaranmış problemlər və onların həll yolları tədqiqat zamanı araşdırılan əsas məsələlərdir. Araşdırma zamanı emprik və nəzəri tədqiqat metodlarından istifadə edilmişdir. Bunlara keyfiyyət və kəmiyyət üsulları, təhlil, müqayisəli təhlil və başqa üsullar daxildir. Araşdırma mühasibat uçotu və maliyyə sahəsi üzrə müxtəlif ədəbiyyatlar, elmi araşdırmalar, elmi məqalələr, qanunvericiliklə müəyyən edilmiş hüquqi aktlar və çoxsaylı internet resursları təşkil olunmuşdur. Tədqiqatın sonuncu hissəsində olan sorğu ilə Azərbaycanda müxtəlif sahələrdə çalışan auditor, mühasibat uçotu və maliyyə işçilərindən alınan məlumatlar təhlil edilmişdir. Məlumatların təhlili nəticəsində Azərbaycanda MHBS-nın tətbiq səviyyəsi, tətbiqinin genişləndirilməsi yollarını, tətbiqinin ölkəmizə gətirəcəyi müsbət amillər və hansı sahələrdə daha çox tətbiq olunduğu müəyyən edilmişdir.
URI: http://hdl.handle.net/20.500.12323/6800
Appears in Collections:Thesis

Files in This Item:
File Description SizeFormat 
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının Azərbaycanda tətbiqi.pdf1.24 MBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.