Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6799
Title: İnvestisiya cəlbediciliyinin artırılmasında vergi siyasətinin rolu. Azərbaycan nümunəsində
Authors: İsgəndərov, Qismət Felman oğlu
Keywords: İnvestisiya
Ekonometrik qiymətləndirmə
Azərbaycan
Issue Date: 2023
Abstract: İnvestisiya cəlbediciliyinin artırılması hər bir dövlətin iqtisadi maraqlarının təmin edilməsində vacib olan məsələlərdən hesab olunur. Normal investisiya mühitinin yaradılması dövlətin iqtisadi, o cümlədən investisiya siyasətinin əsas vəzifələrindən biri kimi özünü göstərir. İnvestisiya cəlbediciliyinin artırılmasında fərqli-fərqli dövlətlərin fəaliyyət mexanizmləri mövcuddur. Əsas olaraq qeyd etmək lazımdır ki, investisiya ilə vergi siyasəti bir-biri ilə qarşılıqlı əlaqədə olarsa investisiya axınları daha sürətli olar. İnvestisiya axınlarının daha çox olduğu ölkələrdə vergi güzəştləri və vergi dərəcələri aşağı olur, dövlətin təşkil etdiyi proqram, seminar və layihələr investisiya yatırımlarının düzgün idarə edilməsində köməklik göstərir. Xarici investorların ölkəyə cəlb edilməsi üçün vergi siyasətinin düzgün tənzimlənməsi , vergi güzəştlərinin və vergi azadolmalarının tətbiqi əhəmiyyətli rola malikdir. Müxtəlif vergi siyasətləri fərqli investisiya cəlb etmə strategiyalarını təmsil edə bilər. Xarici investorlar bir başqa ölkəyə investisiya yatıran zaman ilk olaraq həmin ölkənin vergi qanunvericiliyini təhlil edir, vergi sistemindəki yenilikləri analiz edir, son 3-5 illik dövürdə vergi qanunvericiliyində hansı dəyişikliklərin olması araşdırılıb müqayisə edilir. Yuxarıda qeyd olunan faktorlarla yanaşı , investisiya yatıran sərmayəçilər vergi sisteminə nəzər salmaqla yanaşı həmin ölkədə iqtisadi-siyasi sabitliyin hansı səviyyədə olmasını araşdırır, regional sabitliyin nə dərəcədə olduğunu müəyyən edirlər, ticari əlaqələrin inkişafı üçün uyğun tranzit yollarının kəşfi, əlverişli logistik əlaqələrin inkişafına yönəlik prosesləri araşdırırlar.
URI: http://hdl.handle.net/20.500.12323/6799
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.