Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/6797
Title: | Kriptovalyutaların ticarətdə istifadəsi və sahibkarların kriptovalyutalara münasibəti |
Authors: | İmanov, Elvin Qəhrəman oğlu |
Keywords: | Kriptovalyuta bitcoin altcoin blokçeyn |
Issue Date: | 2022 |
Abstract: | Tədqiqatın obyekti, məqsədi və xarakteri: Bu araşdırmanın məqsədi kriptovalyuta anlayışını təfərrüatlı şəkildə araşdırmaq, kriptovalyutaların ticarətdə istifadə imkanlarına nəzər salmaq, daha sonra isə azərbaycanda fəaliyyət göstərən sahibkarların kriptovalyutadan istifadəsi və münasibətini ortaya çıxarmaqdır. Kriptovalyuta bazarının böyük hissəsini təşkil edən Bitcoin və Altkoinlər günümüzün şərtləri çərçivəsində qiymətləndiriləcək. Beləliklə, tədqiqatın digər məqsədi Azərbaycan dilində kriptovalyuta ilə bağlı ədəbiyyata töhfə vermək və gələcək tədqiqatlar üçün ilham mənbəyi olmaqdır. Tədqiqatın obyekti Azərbaycan Respublikasında kriptovalyutaya olan yanaşmadır Tədqiqat və hesablamaların qısa şərhi: Dissertasiyada kriptovalyutaların ticarətdə istifadəsi haqqında məlumat əldə etmək məqsədi daşıdığı üçün müsahibə metodundan istifadə edilmişdir. Araşdırmada daha dəqiq məlumatlar əldə etmək üçün kriptovalyutalar haqqında kifayət qədər məlumatı və təcrübəsi olan sahibkarlardan müsahibə yolu ilə ilkin data toplanmışdır. Kriptovalyutalar haqqında yüksək səviyyədə məlumatı olan və kriptovalyutalarla ticarət etmiş şəxslərə müraciət edilərək, onların təcrübələri dissertasiyaya əks etidirlmiş və müvafiq nəticələr ortaya çıxmışdır. Nəticə: Bu araşdırmada kriptovalyutalara sərmayə qoyan təcrübəli istifadəçilərin fikirləri yarı strukturlaşdırılmış müsahibələrlə araşdırılmış və məzmun analizi ilə qiymətləndirilmişdir. Tədqiqatlar göstərir ki, investorlar və ya sahibkarlar aşağı köçürmə haqqı, yüksək maraq və nəticəyönümlü olduğuna görə kripto pullara üstünlük verirlər. Mövzu ilə bağlı gələcək araşdırmalarda gündəlik alış-verişdə kripto pulların geniş istifadəsinə mane olan vəziyyətlərin araşdırılması təklif oluna bilər. Aparılmış araşdırma nəticəsində aşağıdakı təklifləri irəli sürmək mümkündür: - Kriptovalyutalarla bağlı müvafiq qanunvericilik bazasının yaradılması; - Beynəlxalq kriptovalyuta platformalarının ölkəmizə cəlb edilməsi və şirkətlərlə effektiv əməkdaşlıq əlaqələrinin qurulması; - Yerli şirkətlərdə kriptovalyutalardan ödəniş vasitəsi kimi istifadə olunmanın infrastruktur məsələlərinin öyrənilməsi və həyata keçirilməsi; - Yerli kriptovalyuta nümunələrinin yaradılması və beynəlxalq platformalarda ilkin satışa çıxarılması. |
URI: | http://hdl.handle.net/20.500.12323/6797 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Kriptovalyutaların ticarətdə istifadəsi və sahibkarların kriptovalyutalara münasibəti.pdf | 1.53 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.