Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6227
Title: Azərbaycanda gənc qadınların təhsil və karyera qurmaqla əlaqədar seçimlərinə təsir göstərən faktorlar
Authors: Nuruzadə, Aytac Mətləb qızı
Keywords: gender məsələləri
karyera seçimi
Issue Date: 2022
Abstract: Azərbaycanda və bir çox ölkələrdə insanlar gender tipik təhsil və karyera seçimləri etməkdədir. Gender tipik karyera seçimlərinin edilməsi bütün dünyada yayılmış bir problemdir. Bu səbəbdən də təhsil və karyera seçimlərinin verilmə prosesi, eləcə də bu prosesə təsir edən faktorlar müxtəlif tədqiqatçılar tərəfindən son illərdə geniş araşdırılmaqdadır. Bu kimi araşdırmalarda fərdilik və kollektivlik xüsusiyyətlərinin çox istifadə olunduğunu görmək mümkündür. Hazırkı tədqiqatda da Azərbaycanlı gənc qadınların fərdilik və kollektivlik xüsusiyyətləri, bu xüsusiyyətlərin təhsil və karyera seçimlərinə təsiri, bu xüsusiyyətlərlə özünəinam səviyyələri arasındakı əlaqə araşdırılmışdır. 17-38 yaşlı 233 Azərbaycanlı tələbə üzərində apardığımız tədqiqatın nəticələrindən məlum olmuşdur ki, digər mədəniyyətlərdə olduğu kimi Azərbaycanlı qadınlar da kollektivlik xüsusiyyətlərini fərdilik xüsusiyyətlərindən daha çox özlərinə aid etmişdir. Bununla yanaşı məlum olmuşdur ki, fərdilik təhsil və karyera aspirasiyalarını proqnozlaşdırmaqdadır. Ədəbiyyat araşdırmasına uyğun olaraq fərdiliklə özünəinam arasında da əlaqə olduğu təsdiqlənmişdir. Bununla yanaşı fərdiliyin komponentlərindən fərdilik-iddialılığın özünəinam səviyyəsini müsbət istiqamətdə proqnozlaşdırdığı da qeyd etmək mümkündür.
URI: http://hdl.handle.net/20.500.12323/6227
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.