Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/6223
Title: | Hərbi əməliyyatlarda iştirak etmiş əməkdaşlarla aparılan psixofzioloji və psixososial reabilitasiya işinin təşkili |
Authors: | Babayeva, Mənsura |
Keywords: | II Qarabağ müharibəsi psixofizioloji posttravmatik stress |
Issue Date: | 2022 |
Abstract: | Dissertasiya işinin əsas məqsədi II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak ədən əməkdaşlar ilə psixofizioloji və psixososial reabilitasiya işlərinin təşkil edilməsidir. Tədqiqatın obyektini II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak ədən 18-35 yaşlı əməkdaşlar təşkil edir. Tədqiqatın predmeti isə II Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak edən əməkdaşlarda təzahür edən müharibə travmalarının aradan qaldırılması və reabilitasiya işlərinin təşkil edilməsidir. Tədqiqat işimizin əsasə fəziyyəsi belədir ki, II Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularda postmüharibə dövründə psixofizioloji və psixososial reabilitasiya almamışdan əvvəl posttravmatik stress səviyyəsi, psixofizioloji və psixososial reabilitasiya alandan sonra posttravmatik stress səviyyəsindən əhəmiyyətli səviyyədə fərqlənir. Əsas fərziyyə ilə yanaşı bir neçə köməkçi fərziyyələrdə irəli sürülmüşdür: - II Qarabağ müharibəsindən əvvəl digər ağır hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçuların posttravmatik stress səviyyəsi, digər ağır hərbi əməliyyatlarda iştirak etməyən hərbi qulluqçuların posttravmatik stress səviyyəsinə nisbətən əhəmiyyətli səviyyədə fərqlənir. - II Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçular arasında, əvvəlki illərdə psi-xoloji yardım alan hərbi qulluqçuların müharibədən sonra posttravmatik stress səviyyəsi, əvvəlki illərdə psixoloji yardım almayan hərbi qulluqçuların posttravmatik stress səviyyəsinə nisbətən əhəmiyyətli səviyyədə fərqlənir. - II Qarabağ müharibəsində əlillik statusu alan hərbi qulluqçuların posttravmatik stress səviyyəsi əlillik dərəcəsinə görə əhəmiyyətli səviyyədə fərqlənir. Tədqiqatın nəticələrinin riyazi-statistik təhlili üçün SPSS prqramı istifadə edilmişdir. Eksperimental iş zamanı qarşıya qoyduğumuz fərziyyələrin hər biri təsdiq olunmuşdur. Əldə etdiyimiz nəticələri statistik səviyyədə əhəmiyyətli olduğuna görə etibarlı hesab etmək mümkündür. |
URI: | http://hdl.handle.net/20.500.12323/6223 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Hərbi əməliyyatlarda iştirak etmiş əməkdaşlarla aparılan psixofzioloji və psixososial reabilitasiya işinin təşkili.pdf | 2.05 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.