Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6177
Title: Azərbaycanda ümumi təhsil pilləsində çalışan təhsilverənlərin neyromiflərə inanc göstəricilərinin araşdırılması
Authors: Mahmudov, Röyal
Keywords: Təhsil
təhsilverənlər
nevrologiya
neyromif
beyin
təhsilalanlar
Issue Date: 2022
Abstract: Bütün dünyada yeni-yeni araşdırılmağa başlanılan neyromiflərə inanc göstəricilərinin Azərbaycanda ümumi təhsil pilləsində tədris edən təhsilverənlər arasında hansı səviyyədə yayıldığını müəyyənləşdirmək həyata keçirilən bu tədqiqatın əsas məqsədidir. Əlavə olaraq bildirmək olar ki, tədqiqatın əsas problemi Azərbaycanda ümumi təhsil pilləsində çalışan təhsilverənlər arasında demoqrafik kateqoriyalar üzrə neyromiflərə inanma nisbətlərinin necə olduğu və bu miflərin yaranma və yayılma formalarının necə gerçəkləşdiyini müəyyənləşdirməkdir. Tədqiqat Dekker və digərlərinin (2012), Torrijos-Muelas və digərlərinin (2021) və Vancouver Island Universitetinin (2022) həyata keçirdikləri tədqiqatlarda istifadə etdikləri neyromifləri və beyin haqqında doğru faktları ehtiva edir. Tədqiqatda 21-i neyromif, 13-ü beyin haqqında doğru fakt olan ümumilikdə 34 gerçək və gerçək olmayan fakt araşdırılmışdır. Sorğu “Doğru”, “Yanlış” və “Bilmirəm” cavab variantlarından ibarət olmuşdur. Tədqiqatda ümumilikdə 201 nəfər iştirak etsə də, onlarda 6-sının cavabları şübhəli olduğu üçün məlumat bazasında çıxarılmışdır. İstifadə edilmiş sorğu onlayn olaraq təhsilverənlərə çatdırılmış və onlardan sorğunu öz həmkarları ilə paylaşmaları istənilmişdir, beləcə qartopu metodundan istifadə edərək müəyyən dərəcədə iştirakçı sayının artırılması planlaşdırılmışdır. Tədqiqatdan əldə edilən məlumatların statistik olaraq normal paylanmağa sahib olduğu müəyyənləşdirildikdən sonra nəticələr müstəqil qruplar t-testi və One-Way Anova testləri ilə analiz edilmiş, müxtəlif faktorların inanc nisbətlərinə təsir dərəcəsinin araşdırılması üçün çox xətti reqressiya modeli istifadə edilmişdir. Ancaq tədqiqat məhdudiyyətləri olaraq bildirmək olar ki, bəzi demoqrafik kateqoriyalar üzrə iştirak nisbəti ya heç olmadığı, ya da çox az olduğu üçün müqayisələri istənildiyi genişlikdə etmək mümkün olmamışdır. Tədqiqatın nəticəsində müəyyən olunmuşdur ki, müxtəlif demoqrafik kateqoriyalar arasındakı fərqliliklərin təhsilverənlər arasında neyromiflərə inanc nisbətinə təsir dərəcəsi statistik olaraq yoxdur. Bu nəticəyə baxmayaraq, bildirmək olar ki, Azərbaycanda ümumi təhsil pilləsində çalışan təhsilverənlərin neyromiflərə inanc nisbətləri Birləşmiş Krallıq, Hollandiya və Türkiyə kimi ölkələrə nəzərən daha azdır. Ancaq təhsilverənlər arasında beyin haqqında doğru faktlara inancda da digər ölkələrə nisbətən daha az nisbət müəyyən olunmuşdur. Tədqiqatın əsas nəticəsi isə beyin haqqında doğru faktlara inancdakı nisbətin neyromiflərə inancdakı nisbətə əhəmiyyətli dərəcədə təsir etməsidir. Belə ki, təhsilverənlərin beyin haqqında məlumatlı olması onların neyromiflərə inanmasına şərait yaratmaqdadır. Bu nəticə digər ölkələrdəki tədqiqatlar ilə oxşarlıq təşkil etməkdədir.
URI: http://hdl.handle.net/20.500.12323/6177
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.