Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6169
Title: Cizgi filmlərindəki ideya və motivlərin uşaqlar tərəfindən qavranılmasının və onlara təsir effektlərinin psixoloji analizi
Authors: Cəbiyeva, Ləman İlqar qızı
Keywords: Cizgi filmləri
personaj
psixoloji təsir
Issue Date: 2022
Abstract: Tədqiqatın aktuallığı: Cizgi filmlərinin hədəf auditoriyası adətən uşaqlar olur. Bəziləri iddia edirlər ki, cizgi filmləri uşaqları əyləndirir və onları yeni dünyalara məruz qoyur və onlara müxtəlif şeylər öyrənmək üçün dünyanı gəzmək və öz mühitlərində heç vaxt qarşılaşa bilməyəcəkləri ideyalarla tanış olmaq imkanı verir. Digərləri isə iddia edirlər ki, uşaqlar valideynlərin istəmədiyi şeyləri cizgi filmlərindən öyrənə bilərlər və buna görə də cizgi filmləri onlara mənfi təsir göstərir. Ümumilikdə cizgi filmlərinin müsbət və yaxud mənfi təsirləri birtərəfli deyil, uşaq şəxsiyyətinin formalaşmasında birbaşa rola malik ailə, ətraf mühit, sosializasiya və tərbiyə proseslərinin kontekstindən nəzərdən keçirilməlidir. Lakin təsirin xarakterinin, onun hansı səviyyədə olmasının müəyyən edilməsi uşaq şəxsiyyətinin inkişafında özünü göstərə biləcək neqativ elementlərin vaxtında aradan qaldırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Odur ki, cizgi filmlərində olan ideya və motivlərin araşdırılması və onun uşaqların psixi inkişafındakı rolunun müəyyən olunması xüsusi aktuallıq kəsb edir. Tədqiqatın məqsədi: Tədqiqatın əsas məqsədi cizgi filmlərindəki ideya və motivlərin uşaqlar tərəfindən qavranılmasının və bu elementlərin təsir effektlərinin psixoloji analizidir. İstifadə olunmuş tədqiqat metodları: Tədqiqatda nəzəri təhlil, müşahidə, kontent-analiz, müxtəlif tipli sorğu üsullarından, o cümlədən intervyü, anket metodlarından istifadə edilmişdir. Anket-sorğunun və müsahibənin hazırlanması zamanı çoxsaylı yerli və xarici ədəbiyatlar təhlili edilmiş, sual toplusu müəyyənləşdirilmişdir. Tədqiqatın informasiya bazası: Tədqiqat zamanı cizgi filmlərin təsir istiqamətləri və uşaqlar üzərindəki psixiloji təsiri üzrə aparılmış araşdırmalara, elmi məqalələrə, xarici ədəbiyyatlara yer verilmişdir. Tədqiqatın məhdudiyyətləri: Tədqiqatın məhdud sayda cizgi filmlərinin və seçim qrupunun üzərində aparılması onun əsas məhdudiyyəti hesab oluna bilər. Tədqiqatın elmi yeniliyi və praktiki nəticələri: Tədqiqatın əsas yeniliyi təhlil zamanı əsas obyekt kimi götürülmüş dörd cizgi filmin uşaqlara psixoloji təsiri və qavranılması səviyyəsi haqqında əldə edilən nəticələrdir. Nəticələrin istifadə oluna biləcəyi sahələr: Tədqiqatdan əldə edilən nəticələr media sahəsində, sosiologiya, psixologiya elmlərində aparılan araşdırmalarda, mövzuyla bağlı mühazirə və seminarların keçirilməsində istifadə oluna bilər.
URI: http://hdl.handle.net/20.500.12323/6169
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.