Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/6146
Title: | Qeyri-heteroseksual orientasiyaya sahib fərdlərin psixopataloji hallarının tədqiqi |
Authors: | İsmayılov, Ramin Rahid oğlu |
Issue Date: | 2022 |
Abstract: | Tədqiqatın məqsədi. Qeyri-heterosekual (homoseksual və biseksual) orientasiyaya sahib fərdlərdə təzahür olunan psixopataloji halların tədqiqi, bu psixopataloji halların təzahürünə stimulasiya edən faktorları analiz etmək, depressiya, şəxsiyyətlərarası həssaslıq, paranoid düşüncələr, psixotizm, obsessiv-kompulsiv simptomlar, somatizasiya, təşviş, fobik narahatlıq, düşmənçilik, generalizə olunmuş təşviş pozuntusu səviyyələrini qeyri-heteroseksual orientasiyalı icma üçün təyin etmək və stiqmatizasiya səviyyəsini ölçmək. Tədiqatın obyekti. 18-35 yaş aralığında qeyri-heteroseksual orientasiyalı (homoseksual və biseksuallar) kişi və qadınlar. Tədqiqatın predmeti. 18-35 yaş aralığında qeyri-heteroseksual orientasiyalı (homoseksual və biseksuallar) kişi və qadınların psixopataloji halların səviyyəsi. Tədqiqat fərziyyələri. Qeyri-heterosekual orientasiyaya sahib fərdlərdə stiqmatizasiya və daxili konflikt əsasında psixopataloji hallar heteroseksual fərdlərə nisbətən daha çox görünür. Əsas fərziyyə ilə yanaşı bir neçə köməkçi fərziyyələr də irəli sürülmüşdür: Qeyri-heteroseksual fərdlər heteroseksuallara nisbətən ətrafdakı insanlar tərəfindən daha çox sosial-psixoloji ayrıseçkiliyə (stiqmaya) məruz qalırlar; Qeyri-heteroseksual fərdlərdə depressiya səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir; Qeyri-heteroseksual fərdlərdə paranoid düşüncələr və şəxsiyyətlərarası həssaslıq səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir; Qeyri-heteroseksual fərdlərdə psixotizm və somatizasiya səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir; Qeyri-heteroseksual fərdlərdə obsessiv-kompulsiv simptomlar səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir; Qeyri-heteroseksual fərdlərdə fobik narahatlıq, düşmənçilik səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir; Qeyri-heteroseksual fərdlərdə təşviş və generalizə olunmuş təşviş pozuntusu səviyyəsi heteroseksuallara nisbətən daha yüksəkdir. Tədqiqat zamanı əldə edilən nəticələrin statistik emalı üçün SPSS 28 proqramından istifadə edilmişdir. Nəticələrimiz statistik əhəmiyyətli olduğundan əsas fərziyyəmiz və əlavə fərziyyələrimizdən doqquzu təsdiq edilmişdir. |
URI: | http://hdl.handle.net/20.500.12323/6146 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Qeyri-heteroseksual orientasiyaya sahib fərdlərin psixopataloji hallarının tədqiqi.pdf | 1.76 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.