Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/6074
Title: Folklorun ədəbiyyatın və fəlsəfi fikrin yaranmasına təsiri-Qarabağdan toplanmış mətnlər əsasında
Other Titles: Influence Of Folklore On The Creation Of Literature And Philosophical Thought -Based On Texts Collected From Karabakh
문학과 철학의 탄생에 끼친 민속의 영향 -카라바흐에서 수집된 텍스트를 바탕으로
Authors: Qəzənfərqızı, Aynur
Keywords: Qarabağ folkloru
Folklor janrları
folklor
yazılı ədəbiyyat
Issue Date: Aug-2022
Publisher: The İnternational Society of Language and Literature
Series/Report no.: Vol. 52;№ 52
Abstract: Qarabağ ən qədim yaşayış məskənlərimizdən biridir. Burada yaranmış folklor mətnləri də istər formaca, istər janrca, istərsə də məzmunca müxtəlifdir. Xüsusilə 19-cu əsrdə millətlərin özünü tanıması və idrak etməsi ilə yazılı ədəbiyyatda folklor mətnlərinə müraciətin çoxaldığı bir vaxtda Qarabağda yayılmış folklor mətnlərinin yazılı ədəbiyyatda istifadə edilməsinin səbəbi də məhz bu müxtəliflikdir. Qarabağda yayılmış miflər, nağıllar, əfsanələr, atalar sözləri, bayatılar yazılı ədəbiyyatda bəzən dəyişdirilərək, bəzən isə olduğu kimi istifadə edilmişdir. Qarabağ folklor mühiti orada yetişmiş ziyalıların fəlsəfi fikirlərinin formalaşmasında da ciddi rol oynayır. Bunu da Qarabağlı ədiblərin əsərlərindən asanlıqla görmək mümkündür. Bu tədqiqatın məqsədi Qarabağ bölgəsində yayılmış folklor mətnlərinin yazılı ədəbiyyatda istifadə məqamlarını və şəkillərini araşdırmaqdır. Qeyd edək ki, araşdırmamız həm yazılı, həm də şifahi ədəbiyyatda mövcud mətnlərdən istifadə edilərək işlənmişdir. Daha öncə folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqəsi haqqında araşdırmalar aparılsa da, məqaləmiz məhz Qarabağda yayılmış mətnlərin ədəbiyyatda işlənməsinə dair ilk elmi yazıdır. Bu məqalə özəlliklə, ədəbiyyatda işlənmiş Qarabağ folklor mətnlərini, ədəbiyyat və folklor janrlarının oxşarlığını araşdıran tədqiqatçılara yardımçı olacaq. Tədqiqat zamanı mətnlərin toplanması, araşdırılması və qarşılıqlı müqayisəsi metodlarından istifadə edilmişdir.
URI: http://hdl.handle.net/20.500.12323/6074
ISSN: 1229-8468
Appears in Collections:Publications



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.