Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5941
Title: Rəqəmsal dövrdə mühasibatlıqda baş verən dəyişikliklər və Azərbaycan mühasibat sistemində rəqəmsal yeniliklərdən istifadə imkanları
Authors: Məhərrəmov, Qəhrəman Əlirza oğlu
Keywords: Mühasibat uçotu
e-tətbiq
yenilik
balans
Issue Date: 2022
Publisher: www.khazar.org
Abstract: Bu dissertasiya işində dünyanın bir çox sektorunda olduğu kimi mühasibat uçotunda informasiya və texnologiya sahəsindəki inkişaflar və rəqəmsal transformasiyalar müzakirə ediləcək. Əsasən, texnoloji transformasiyanın mühasibat uçotuna olan təsirləri, rəqəmsal uçot anlayışı və mühasibat uçotu sahəsində rəqəmsal tətbiqlər də araşdırılacaq. Bu tədqiqatın əsas hədəfi müasir dünyada bütün sahələrdə gedən rəqəmsal transformasiyanın mühasibatlıq peşəsinin alətlərinə və iş metodlarına təsirlərini ortaya çıxarmaq və xüsusilə yeni texnologiyalardan istifadə etməklə mühasibat uçotunda ənənəvi yanaşmaların aradan qaldırılması ehtimallarını araşdırmaqdır. Eyni zamanda dissertasiya işinin son bölməsində Azərbaycanda fəaliyyət göstərən mühasiblərin texnologiya qəbulu modeli ilə mühasibat uçotunda yeni texonologiyaların istifadəsinə olan münasibətləri anket vasitəsiylə ortaya çıxarılacaqdır. Rəqəmsal transformasiyanın həyati və zəruri olduğu sektorlardan biri olan mühasibatlıq sahəsində çalışan insanların rəqəmsal transformasiyaya uyğunlaşması qaçılmazdır. Bu prosesə uyğunlaşmağın bəlkə də ən mühüm mərhələlərindən biri rəqəmsal transformasiya çərçivəsində yaradılan elektron proqramlardan istifadə etməklə başlayır. Müvafiq olaraq, bu tədqiqat yeni texnologiyalardan istifadə və mənimsəmə səbəblərini başa düşmək üçün mühüm istinad mənbəyi olan texnologiya qəbul modeli əsasında həyata keçirilmişdir. Bu araşdırma ilə peşəkar mühasiblərin e-tətbiqlərdən istifadə etmək istəyi və niyyətlərinə müsbət təsir edə biləcək dəyişənlər aşkar edilmişdir. Tədqiqatın nəticələrinin rəqəmsal transformasiya prosesində peşəkar mühasiblərin uyğunlaşmasının effektiv şəkildə həyata keçirilməsini istəyən praktiklər və siyasətçilər üçün əhəmiyyətli olduğunu söyləmək olar.
URI: http://hdl.handle.net/20.500.12323/5941
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.