Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5930
Title: Metallurgiya sənayesində fəaliyyət göstərən müəssisələrdə maliyyə risklərinin idarə olunması
Authors: Səfərli, Arzu Cəmil qızı
Keywords: maliyyə riskləri
Gəncə Alüminium Kompleksi
riskin obyektivliyi
Issue Date: 2022
Abstract: Müasir dövrdə beynəlxalq əməkdaşlığın güclənməsi, elmi-texniki tərəqqinin intensivləşməsi və kommunikasiya sistemlərinin sürətli inkişafı fonunda qloballaşma proseslərininin genişlənməsi və dərinləşməsi dünya, regional və daxili əmtəə və xidmətlər bazarlarında rəqabətin kəskinləşməsinə səbəb olur. Bu isə öz növbəsində liberal bazar münasi-bətlərinə əsaslanan açıq iqtisadiyyata malik hər bir ölkədə əsas təsərrüfat subyektləri kimi çıxış edən müəssisələr üçün risklərin artmasını şərtləndirir və onların idarə olunmasını zərurətə çevirir. Müəssisələrdə risklərin idarə edilməsi prosesində maliyyə risklərinin idarə olunması məsələsinə daha çox önəm verilir. Bu onunla izah olunur ki, məhz maliyyə risklərinin düzgün idarə edilməsi başqa xarakterli risklərin yarada biləcəyi fəsadların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün maddi zəmin yaradır. Araşdırmalar [1; 5] göstərir ki, son illərdə Azərbaycanda maliyyə risklərinin idarə olunmasına maliyyə sektorunda diqqət artsa da (nəticədə əksər banklar problemli kreditlərin məbləğini azaltmış və investisiya fondları portfellərini daha səmərəli formalaşdırmış), iqtisadiyyatın real sektorunda maliyyə risklərinin idarə olunmasına hələ də lazımi diqqət yetirilmir və bu da real sektorda fəaliyyət göstərən bir çox müəssisələrin zərərə düşməsinə və ya az gəlir əldə etməsinə səbəb olur. Son iki il ərzində COVİD-19 pandemiyası dünyada iqtisadi inkişafın zəifləməsinə, o cümlədən əksər ölkələrdə iqtisadi artım sürətinin mənfiyə düşməsinə, təsərrüfat subyektlərinin maliyyə imkanlarının məhdudlaşmasına və təchizat, istehsalat və ticarət əlaqələrinin ahəngdarlığının pozulmasına səbəb olmuşdur. Bu isə öz növbəsində risklərin idarə edilməsinin çevikliyinin, təsirliliyinin və səmərəliliyinin artırılmasını daha da aktuallaşdırmışdır.
URI: http://hdl.handle.net/20.500.12323/5930
Appears in Collections:Thesis



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.