Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5578
Title: Dövlət mənafeyini qoruyan əməkdaşların mütəşəkkil cinayətkarlığa qarşı apardıqları əməliyyatlardan sonra psixi vəziyyətlərinin sosial- psixoloji analizi və korreksiyası
Authors: Verdiyeva, Ləman
Keywords: ekstremal şərait
kriminogen vəziyyət
təcili qərarların qəbulu
stressogen amillər
sosial dinamika
silah amili
yüksək oyanıqlıq
vaxt meyarı
Issue Date: 2019
Publisher: "Təhsil" nəşriyyatı
Series/Report no.: ;№ 2
Abstract: Müasir sivilizasiya mürəkkəb dövrünü yaşayır. O, insanın yaşamasını və inkişafına toxunan qlobal problemlərlə qarşılaşır. Bunların sırasına sosial və siyasi dəyişikliklər, ekoloji böhran, urbanizasiya və bir çox başqa qeyri-sağlam həyat tərzini göstərmək olar. İnsanların şüurunda psixoloji özbaşınalıq və ekspansiya istehsal olunur. İqtisadiyyatda, sosial sahədə baş verən mürəkkəb və ağrılı proseslərin fonunda, ağır və kütləvi cinayətkar hərəkətlərin sayının artması, insanların girov götürülməsi, kriminogen vəziyyətin çətinliyi, silahlı soyğunçuluq, reketlik, terror aktları, silahlı qarşıdurma və münaqişələr hüquq mühafizə orqanları əməkdaşlarının fəaliyyəti üçün ekstremal şərait yaradır, onların xidməti fəaliyyətinin icrası zamanı məsuliyyətini və şəxsi risk dərəcəsini xeyli artırır. Bu şəraitdə, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən hüquq mühafizə orqanları əməkdaşlarından bacarıq, təcili qərarların qəbul olunması, yüksək məsuliyyət tələb olunur. Ona görə də müasir şəraitdə problemlərin yaratdığı stressogen faktor və ekstremal fəaliyyət hüquq mühafizə orqanlarının əməkdaşları üçün aktual olaraq qalır. Ekstrimal şəraitdə əməliyyatçının keçirdiyi şok isə psixoloji baxımdan araşdırılmalı amillərdən biridir.
URI: http://hdl.handle.net/20.500.12323/5578
Appears in Collections:Publications



Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.