Please use this identifier to cite or link to this item:
http://hdl.handle.net/20.500.12323/5486
Title: | Psixi inkişafında problemləri olan uşaqlarla aparılan Uşaq mərkəzli oyun terapiyasının təhlili |
Authors: | Səlimova, Nuranə |
Issue Date: | 2022 |
Abstract: | Təqdim olunan dissertasiya işində uşaq mərkəzli oyun terapiyasının psixi inkişafında problemləri olan uşaqlara təsiri eskperimental şəkildə öyrənilmişdir. Tədqiqat işi ümumi şəkildə- giriş, üç fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir. İşin giriş hissəsində uşaq mərkəzli oyun terapiyasının psixi inkişafında problemləri olan uşaqlara təsirinin əhəmiyyəti təhlil edilmişdir, mövzunun aktuallığı, onun predmeti və obyekti eləcə də uşaq mərkəzli oyun terapiyasının məqsədi və vəzifələri öz əksini tapmışdır. Birinci fəsildə psixi inkişaf məsələsi ətraflı şəkildə təhlil edilmiş, mövcud olan yanaşmalara nəzər yetirilmiş, uşaqlarda psixi pozulmalara səbəb olan amillər və uşaqlıq travmaları araşdırılmışdır. İkinci fəsildə oyun terapiyası, onun tarixi və oyun terapiyası haqqında müxtəlif nəzəri yanaşmalar, uşaq mərkəzli oyun terapiyası və onun məqsədləri, uşaq mərkəzli oyun terapiyasında oyuncaq seçimi və uşaq mərkəzli oyun terapiyasının elementləri kimi məsələlər öz əksini tapmışdır. Dissertasiya işinin üçüncü fəsli isə mövzunun eksperimental tədqiqinə həsr edilmişdir. Tədqiqat işi 142 nəfər 3-10 yaşlı psixi inkişafında probemi olan uşaqlar arasında aparılmışdır. Uşaq mərkəzli oyun terapiyasının psixi inkişaf problemləri olan uşaqlara təsirini araşdırmaq üçün ümumilikdə 12 seans keçirilmişdir. Əldə olunan nəticələrin statistik təhlilini aparmaq üçün SPSS proqramında istifadə edilmişdir. Belə ki, tədqiqatdan əldə etdiyimizin nəticələrə əsasən uşaq mərkəzli oyun terapiyasının psixi inkişaf problemləri olan uşaqlara müsbət təsiri olduğu müəyyən edilmişdir. |
URI: | http://hdl.handle.net/20.500.12323/5486 |
Appears in Collections: | Thesis |
Files in This Item:
File | Description | Size | Format | |
---|---|---|---|---|
Psixi inkişafinda problemləri olan uşaqlarla aparilan uşaq mərkəzli oyun terapiyasinin təhlili.pdf | 1.16 MB | Adobe PDF | View/Open |
Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.