Please use this identifier to cite or link to this item: http://hdl.handle.net/20.500.12323/5081
Title: Əhməd bəy Ağaoğlunun izi ilə...
Other Titles: "Qiyamətdən məktublar" əsəri əsasında
Authors: Karahan, Mədinə
Issue Date: 28-Jun-2021
Publisher: https://525.az/
Abstract: XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi publisist, yazıçı, siyasətçi Əhməd bəy Ağaoğlunun Türkiyədəki yaradıcılığına və ictimai-siyasi fəaliyyətinə nəzər salarkən bir insan ömrünə sığmayan son dərəcə zəngin və gərgin həyat yolunun olduğunu görürük.O, bir publisist, yazıçı, redaktor, mədəniyyətşünas, siyasətçi və xalqın gələcəyi üçün daim narahat olan ziyalı idi. Fəaliyyəti çoxyönlü və hərtərəfli olub; həm bir redaktor, müxbir, qurucu ("Həyat", "İrşad" və "Tərəqqi", "Axın" və s.), həm ictimai təşkilat rəhbəri ("Difai"), partiya üzvü və ideoloqu ("Ittihad və Tərəqqi"), həm millət vəkili, həm də bir müxalifətçi kimi yaşayıb-yaradıb. Yaradıcılığı ilə tanış olarkən görürük ki, Azərbaycan və Türkiyə mühitində Ə.Ağaoğlu kimi ikinci bir şəxsiyyət yoxdur ki, əsərlərini dörd dildə - azərbaycanca, türkcə, fransızca və rusca yazmış və bu ölkələrdə yayımlamış olsun, həm də yaradıcılığı Azərbaycan və Türkiyə mühitini, problemlərini eyni dərəcədə əhatə etsin. Araşdırdıqca məlum olur ki, Əhməd bəy Ağaoğlu bütün fəaliyyəti dövründə islahatçı, obyektiv, sözünü açıq deyən, cəmiyyətin çıxarıları üçün çalışan, vətəndaşlığı hər şeydən üstün tutan bir ziyalı olmuş, əsərlərində də məhz belə bir ziyalı tipinin formalaşmasına çalışmışdır. Zənginlik, yüksək vəzifə naminə heç bir prinsipindən vaz keçməyən, yeri gələndə Atatürkə etiraz edərək prinsipial məsələlərdə ən sevdiyi dostlarına da güzəşt etməyən barışmaz mücadiləçi, haqqını hər mənada müdafiə edən bu dəmir iradəli insanı sevənləri qədər sevməyənlər də çox idi.
URI: https://525.az/news/170900-ehmed-bey-agaoglunun-izi-ile-arasdirma
http://hdl.handle.net/20.500.12323/5081
Appears in Collections:Speeches

Files in This Item:
File Description SizeFormat 
Əhməd bəy Ağaoğlunun izi ilə.pdf186.95 kBAdobe PDFView/Open


Items in DSpace are protected by copyright, with all rights reserved, unless otherwise indicated.