DSpace Collection:
http://hdl.handle.net/20.500.12323/5685
2024-03-29T05:46:20ZAzərbaycan Respublikasının ABŞ-la münasibətləri siyasi təhlil
http://hdl.handle.net/20.500.12323/7403
Title: Azərbaycan Respublikasının ABŞ-la münasibətləri siyasi təhlil
Authors: Məmmədov, Şəhriyar Ağamirzə o.
Abstract: Dissertasiyanın aktuallığını şərtləndirən ən əsas amil ondan ibarətdirki ki, XX əsrin 90-cı illərində dünyada yaranmış güclərin siyasəti kontekstində Azərbayan və ABŞ arasındakı mühüm siyasi və geostrateji münasibətlərin ilkin formatı elmi təhlilə cəlb edilsin, bunların fonunda baş vermiş hadisələrin mahiyyətinin milli maraqlarımıza təsir imkanlarını araşdırmaq mümkün olsun. ABŞ-ın Cənubi Qafqaz, eləcə də Azərbaycan Respublikasına münasibətdə yürütdüyü xarici siyasətinin proqnozlaşdırılmasında istifadə oluna bilər ki, bu da Azərbaycan Respublikasının xarici siyasətinin tədqiqində praktik əhəmiyyət kəsb edir.2018-01-01T00:00:00ZAzərbaycan cəmiyyətinin sosial-mədəni inkişafinin gender aspektləri
http://hdl.handle.net/20.500.12323/7402
Title: Azərbaycan cəmiyyətinin sosial-mədəni inkişafinin gender aspektləri
Authors: Məmmədova, Xəyalə Akif q.
Abstract: Dövrün tələblərinə uyğun olaraq müasir təhsil və tərbiyə problemlərinin araşdırılması və tətbiqi milli inkişafın zəruri məsələlərindəndir. Xüsusilə, müasir təhsil və tərbiyənin gender meyarları çərçivəsində reallaşdığını nəzərə alsaq, bu sahədə aparılan tədqiqatların nə qədər önəmli olduğunu anlaya bilərik. Şəxsiyyəti formalaşdıran təlim-tərbiyə məsələlərində gender meyarlarının nəzərə alınmaması, müasir şəxsiyyətin yetişdirilməsində böyük problemlər yaradır. Onların aradan qaldırılması üçün postneoklassik gender sosiallaşması və pedaqogikası məsələlərinin araşdırılması zəruridir. Çünki bu sahəni araşdırmadan təhsil və tərbiyə sahəsində, həmçinin cəmiyyətdə gender bərabərliyini təmin etmək mümkün deyildir.2013-01-01T00:00:00Zİngilis dilində dil səriştəsinin formalaşması və reallaşması
http://hdl.handle.net/20.500.12323/7396
Title: İngilis dilində dil səriştəsinin formalaşması və reallaşması
Authors: İbrahimova, Firuzə Şakir qızı
Abstract: Dissertasiyanın qarşısında duran əsas məqsəd ingilis dilində dil səriştəsinin necə formalaşdığını və hansı tərkibə malik olduğunu tədqiq etmək, onun insan kimliyinə təsiri və koqnisiya ilə əlaqəsini aydınlaşdırmaq və dil səriştəsinin istifadə prosesini təhlil etməkdir. İşin yekununda əldə edilən ümumiləşdirmələrdən və irəli sürülən müddəalardan ingilis dilinin qrammatikasına, metodikasına, eləcə də ümumi dilçiliyə aid yazılacaq əsərlərdə, ingilis dilində yeni meyillər mövzusunda aparılacaq araşdırmalarda, tədqiqat işlərində nəzəri mənbə kimi istifadə oluna bilər. Tədqiqat işi praktik cəhətdən də faydalı hesab oluna bilər.2023-01-01T00:00:00ZNoam Xomskinin sintaktik təlimində cümlənin alt və üst qatları konsepsiyası
http://hdl.handle.net/20.500.12323/7362
Title: Noam Xomskinin sintaktik təlimində cümlənin alt və üst qatları konsepsiyası
Authors: Səmədova, Validə Sabir q.
Abstract: Araşdırılan mövzunun aktuallığı məhz ondadır ki, dissertasiyada N.Xomskinin dil təliminin məziyyətləri, yəni dilin yaradıcı olması prinsipi, onun Kartezian dilçiliyə münasibəti vəya dilin anadangəlmə olması prinsipi, sintaktik təlimində dil səriştəsi vədildən istifadə məsələləri araşdırılır. Bundan başqa, tədqiqat işində N.Xomskinin sintaktik təlimindəüst vəalt qat problemi, cümlənin üst qatının müəyyənləşməsi kriteriyaları və alt qatının spesifik xüsusiyyətləri, üst qat strukturu üzrə təhlilin digər formal təhlillərdən fərqi, üst qatın formal yanaşmalardan fərqi, alt qatda ambiguity (ikimənalılıq), vənəhayət, alt və üst qatların qarşılıqlı əlaqəsinin araşdırılmasına da böyük əhəmiyyət verilir. Adı çəkilən məsələlərin həllinə təşəbbüs göstərilir, onların həlli üçün müxtəlif yanaşmalardan istifadə olunur. Qeyd olunan nəzəri fikirləri təsdiqləmək üçün müəllif Azərbaycan, rus, ingilis dillərinin materiallarından da geniş istifadə etmişdir.
Description: İxtisas: 5708.01 – German dilləri
Elm sahəsi: Filologiya2022-01-01T00:00:00Z