DSpace Collection:
http://hdl.handle.net/20.500.12323/5060
2023-02-20T05:06:33ZQalatəpə şəhər yerinin orta əsr metal məmulatı haqqında
http://hdl.handle.net/20.500.12323/5134
Title: Qalatəpə şəhər yerinin orta əsr metal məmulatı haqqında
Authors: Əliyev, Vüsal
Abstract: Son illər geniş arxeoloji tədqiqatlara cəlb olunmuş abidələrdən biri də Qalatəpə antik və orta əsr şəhər məskənidir. Abidə Aşağı Qarabağda – Mil düzündə, Ağcabədi rayonu ərazisində, Qarqarçayın Azərbaycanın qədim su-varma sistemlərindən olan Gavurarxla kəsişməsində, strateji təbii yüksəklik üzərində yerləşir. Paytakaran-Beyləqan və Bərdə arasındakı bu məntəqədə antik müəllif Strabon Ayniana-Enian şəhərinin (Strabo, XI, VII, 1; XI, XIV, 14), orta əsr müəllifləri isə (əl-Kufi, əl-İstəhri, İbn Havqəl, Yaqut əl-Həməvi və b.) Yunan şəhərinin olması haqqında məlumat vermişlər2020-01-01T00:00:00ZTürk kültüründe atla ilgili inanışlar
http://hdl.handle.net/20.500.12323/5133
Title: Türk kültüründe atla ilgili inanışlar
Authors: Gadirzade Arık, Türkan
Abstract: Türk için vazgeçilmez olan at, Türk kültür ve medeniyetinde önemli bir yere sahip olmuştur. Türk kültür tarihinde at, bozkır yaşantısını kolaylaş-tıran, uzak mesafeleri yakın kılan, savaşlarda binek olarak kullanılan, eti ve sütü gıda olarak tüketilen, derisinden giysi yapılan, kılı birçok amaç için kullanılan önemli bir hayvandır. Bu sebeplerden dolayı at, Türk için olmaz-sa olmaz bir hayvan olarak görülmüş, atın yeri hiçbir başka varlıkla ölçüle-meyecek kadar büyük ve önemli kabul edilmiştir. Türk, atına o kadar değer verir ki, “at, avrat, silah” deyiminde de vurguladığı gibi onun başkasına emanet edemediği, gözünden bile sakındığı üç kutsalından biridir. At Türk’ün hayatının ayrılmaz bir parçası olmakla beraber adeta sahibinin aile fertlerinden birini oluşturmuştur. O bazen kardeş bazen de kardeşten öte bir varlık olarak görülmüştür. İnsanlık tarihinde önemli bir yere sahip olan atın evcilleştirilmesi ve yaşama kazandırılması ile ilgili yakın tarihe kadar farklı görüş ve düşünceler mevcut olmuştur. Özellikle Batı dünyası atın Türkler değil; Hint Avrupalılar tarafından evcilleştirildiğini ve Türklerin hayatına sonradan girdiğini savunmuşlardır (26, s. 96-119). Batılılar Türklerden bah-sederken onları bozkırlarda çadırlarda yaşayan, hayvan güden, barbar bir ka-vim olarak değerlendirmişlerdir (18, s. 578). Fakat son dönemlerde yapılan çok yönlü araştırmalar bu fikrin yanlış olduğunu, Türklerin insanlık tarihine pek çok kazanımlarının olduğunu gün yüzüne çıkarmıştır. Yapılan araştır-malar Türklerin tarihin eski çağlarından beri at binip ok yay kullandıklarını, demiri ve altını işlediklerini ve ondan muazzam sanat eserleri üretebildikle-rini göstermektedir. Atın evcilleştirilerek yaşama kazandırılması ve bu kaza-nımın insan hayatına getirmiş olduğu kolaylıklar Türklerin hayatında açık bir şekilde görülmektedir. Eski Türkler tarih boyunca yaptıkları büyük başa-rılarını atın hızı ile kazanmışlardır.2020-01-01T00:00:00ZMirik dəfinəsi Azərbaycanin ticarət əlaqələrinin öyrənilməsində mənbə kimi
http://hdl.handle.net/20.500.12323/5132
Title: Mirik dəfinəsi Azərbaycanin ticarət əlaqələrinin öyrənilməsində mənbə kimi
Authors: Dostiyeva, Sənurə
Abstract: 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun parlaq qələbə-si nəticəsində erməni işğalı altında olan bütün rayonlarımız, o cümlədən La-çın rayonu azad edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu hərbi-siyasi hadisə-nin əhəmiyyətini xüsusi vurğulayaraq Azərbaycan xalqına müraciətində bil-dirib ki, “Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir.”2020-01-01T00:00:00ZAzərbaycan tarixinin yeni salnaməsi: Qədim Qarabağ
http://hdl.handle.net/20.500.12323/5131
Title: Azərbaycan tarixinin yeni salnaməsi: Qədim Qarabağ
Authors: Seyidov, Abbas
Abstract: Azərbaycan tarixinin müxtəlif mərhələlərinin araşdırılmasında Qara-bağ bölgəsinin rolu və yeri mübahisəsizdir. Ən qədim zamanlardan günü-müzə qədər bütün dövrləri əhatə edən, arxeoloji abidələrinin zənginliyi ilə seçilən Azərbaycanın əzəli, əbədi və ayrılmaz tərkib hissəsi olan bu vətən torpağının elmi baxımdan öyrənilməsi həmişə tədqiqatçıların diqqət mərkə-zində olub. Müxtəlif vaxtlarda ərazinin paleolit, neolit, eneolit, tunc və ilk dəmir, antik, orta əsrlər dövrünün ayrı-ayrı problemləri araşdırılıb və elmi ictimaiyyətə çatdırılıb. Təsadüfi deyil ki, Azərbaycan ərazisində ilkin insa-nın təşəkkülü, antropogenez prosesinin formalaşmasında Qarabağda aşkar olunmuş paleolit dövrü düşərgələrindən aşkar olunan maddi dəlillər əsas ki-mi götürülür. Burada tarixin bütün mərhələlərində həyat yaşanmış, qərinə-lər, nəsillər bir-birini əvəz etmişdir. Odur ki, Azərbaycanın çoxminillik tari-xinin bu və ya digər problemlərinin araşdırılmasında Qarabağda aparılan arxeoloji araşdırmalara vaxtaşırı dönə-dönə müraciət olunmuş, çoxsaylı mənbələrdən istifadə olunmuşdur.2020-01-01T00:00:00Z