DSpace Collection:
http://hdl.handle.net/20.500.12323/4915
2024-03-29T15:12:21ZDedi-qodu folklor janrı kimi
http://hdl.handle.net/20.500.12323/4921
Title: Dedi-qodu folklor janrı kimi
Authors: İsaxanlı, Hamlet; Qəzənfərqızı, Aynur
Abstract: Dedi-qodu istər şəhərdə, istər kənddə, istərsə kübar cəmiyyətdə və yaxud sadə insanların arasında, ictimai-
siyasi mühitdə, hətta rəsmi qurumlarda yayılsa da, onun haqqında umumiləşdirilmiş nəzəri fikirlərə
çox az rast gəlinir
Qeybət və ya dedi-qodunun insan toplumunun, dilin, ünsiyyətin yaşı qədər ömrü olduğunu deyə bilərik.
İngiliscə qeybət mənasını verən “gossip” sözünün etimoloji kökəni maraqlıdır. “Godsibb”, “godparent”
iki sözün birləşməsindən (god+sib) yaranmışdır və qədim ingiliscədə yaxın dostluğu, xüsusilə qadınların
dostluğunu vurğulamaq üçün işlədilmişdir (URL-1). Qeybət sözünün rusca qarşılığı olan “сп-
летни” sözü isə “слухи”, yəni “eşitmə yolu ilə ötürülən bilgi” mənasında işlədilir (Горбатов,
2005:109). Bununla yanaşı, “сплетни” sözünün həm də сплести, плести, сеть, веревка, плетение kimi,
“слух” sözünün isə пересуды, толки kimi mənaları da vardır. Bu sözlərin birinin digərindən törədiyini
qəbul etməmək mümkün deyildir.2020-11-01T00:00:00ZÖmrün 28-ci baharında şəhidlik zirvəsinə yüksələn Cavid
http://hdl.handle.net/20.500.12323/4920
Title: Ömrün 28-ci baharında şəhidlik zirvəsinə yüksələn Cavid2020-11-01T00:00:00ZVətənə oğul borcu
http://hdl.handle.net/20.500.12323/4919
Title: Vətənə oğul borcu
Authors: Qonaq, Əntiqə2020-11-01T00:00:00ZSüleyman Əliyarlı və onun “Kitabi Dədəm Qorqud” ilə bağlı araşdırmaları
http://hdl.handle.net/20.500.12323/4918
Title: Süleyman Əliyarlı və onun “Kitabi Dədəm Qorqud” ilə bağlı araşdırmaları
Authors: Quliyev, Bayram
Abstract: Professor Süleyman Sərdar oğlu Əliyarlı, ilk milli istiqamətli
Azərbaycan tarixi dərsliyinin müəllifi, Azərbaycan
tarixinə dair qaynaqları toplayıb kitab halında müntəxəbat
formasında nəşr edən ilk alimlərimizdən biri,
etnogenez tariximizi ilk düzgün dəyərləndirən alimimiz və
ən nəhayət “Kitabi Dədəm Qorqud” abidəsinə tarixi baxımdan
ilk dəyərləndirməni gerçəkləşdirən mütəfəkkir insan,
ensiklopedik şəxsiyyət. Onun son yarımçıq qalan məqaləsi
də məhz “Kitabi Dədəm Qorqud”a həsr olunacaqdı,
əgər ömür vəfa etsəydi.
Bu məqalə Süleyman Əliyarlının “Kitabi Dədəm Qorqud”
la bağlı apardığı araşdırmalara həsr olunmuşdur.2020-11-01T00:00:00Z