DSpace Collection:
http://hdl.handle.net/20.500.12323/4096
2024-03-28T13:49:50ZTunc dövründə sosial-iqtisadi inkişaf və əhali məskunlaşması problemi (Gəncə-Qazax bölgəsi abidələri üzrə etnoarxeoloji tədqiqat)
http://hdl.handle.net/20.500.12323/4104
Title: Tunc dövründə sosial-iqtisadi inkişaf və əhali məskunlaşması problemi (Gəncə-Qazax bölgəsi abidələri üzrə etnoarxeoloji tədqiqat)
Authors: Nəcəfov, Şamil
Abstract: Kür çayının orta axarı hövzəsinin, daha dəqiq desək Gəncə-Qazax böl-gəsinin Tunc dövrünə aid yaşayış yerlərindən və qəbir abidələrindən tapılan maddi mədəniyyət nümunələri Orta Kür hövzəsinin qədim sakinlərinin təsər-rüfat həyatının, sosial-iqtisadi münasibətlər sisteminin, əhali məskunlaşması-nın və dini dünyagörüşünün bəzi xüsusiyyətlərini aydınlaşdırmağa imkan ve-rir.
Tunc dövründə Orta Kür hövzəsinin qədim sakinlərinin yaratdığı mə-dəniyyətin izlərinə Kür-Araz, Orta Tunc dövrü mədəniyyəti və Xocalı-Gədə-bəy arxeoloji mədəniyyətlərinə aid abidələrdə rast gəlinir. Xüsusilə, yaşayış yerləri və qəbir abidələrində aparılan arxeoloji qazıntılar və bu qazıntılardan əldə edilən elmi nəticələr, Tunc dövründə Orta Kür hövzəsində məhsuldar qüvvələrin inkişaf səviyyəsini, yaşayış məskənlərinin xarakterik cəhətlərini, Tunc dövrü sakinlərinin adət və ənənələrini, həmçinin onların həyatında baş vermiş digər sosial-iqtisadi, ictimai və ideoloji dəyişiklikləri üzə çıxarmışdır.2019-01-01T00:00:00ZAzərbaycan arxeologiya elmi 1945-1990-cı illərdə Avropa ilə akademik mədəniyyətlər və elmi biliklərin mübadiləsi çərçivəsində
http://hdl.handle.net/20.500.12323/4103
Title: Azərbaycan arxeologiya elmi 1945-1990-cı illərdə Avropa ilə akademik mədəniyyətlər və elmi biliklərin mübadiləsi çərçivəsində
Authors: Zamanov, Orxan
Abstract: Müasir sənayeləşmə və informasiya əsrində bilik mübadiləsi yeni bir mərhələyə keçmiş və bugünkü dünyanın simasını dəyişən elm və texnologiyanın irəlləməsinin açarı roluna gəlmişdir. Biliklərin mübadiləsi, onların tətbiqi və çoxtərəfli uyğunlaşdırıl-ması akademik dairələrin cəmiyyətdəki rolunu daha da artırmış və elm ilə məşğuliyyəti daha üst səviyyəyə çıxartmış oldu. Bu baxımdan akademik mə-dəniyyətlərin və bilik mübadiləsinin XX yüzillikdə hansı səviyyədə olması elm tarixi üçün ciddi əhəmiyyət daşıyır. Bu məqalənin əsas hədəfində isə Azərbaycan arxeologiya elminin 1945-1990-cı illərdə Avropa ilə akademik mədəniyyətlər və elmi biliklərin mübadiləsi çərçivəsində hansı nailliyyətlər qazanmasına və qarşılıqlı təsirə məruz qalmasına həmin dövrün gerçəklikləri baxımından işıq salmaqdır2019-01-01T00:00:00ZTunc dövrü qablarının rənglənmə texnikası haqqında
http://hdl.handle.net/20.500.12323/4102
Title: Tunc dövrü qablarının rənglənmə texnikası haqqında
Authors: Xəlilov, Toğrul
Abstract: Tunc dövrün-də Naxçıvan dulusçuları gil qabların düzəldilməsi ilə yanaşı onların boyan-masını da mükəmməl bilmişlər. Boyaq bitkilərinin və mineral boyaların rəng vermə sirlərinə bələd olmuşlar. Onlardan aldıqları rənglərlə keramika məmu-latlarının üzərini müxtəlif ornamentlərlə bəzəmişlər. Bu ornamentlər dulus-çuların sənətkarlıq bacarığını, bədii-estetik zövqünü, təsəvvürünü, düşüncə tərzini əks etdirmişdir.2019-01-01T00:00:00ZThe Iron age Female Figures from Tranjordan
http://hdl.handle.net/20.500.12323/4101
Title: The Iron age Female Figures from Tranjordan
Authors: Hunziker-Rodewald, Regine
Abstract: In 2012, a successful networking of interdisciplinary interests led to the creation of a Franco-German project (Franco-German Figurines Project, FGFP) by an Old Testament scholar (Regine HUNZIKER-RODEWALD, Strasbourg), an archeologist of the ancient Near East (ASTRID NUNN, Wu-erzbourg) and a computational archeologist (Thomas GRAICHEN, Mayen-ce). The team, financed by the university of Strasbourg (more than two-thirds) and Wuerzbourg as well as private funds, began cataloguing during several Research stays the female terracotta figurines from Transjordan kept in mu-seums, storage facilities and university collections in Jordan, the United states and Canada. For the recording procedure the RTI (Reflectance Transformati-on Imaging) technique was chosen because it generates very dense surface data from the photographed objects and goes far beyond conventional digital photography in terms of output format versatility.2019-01-01T00:00:00Z