DSpace Collection:http://hdl.handle.net/20.500.12323/6042024-03-29T15:43:39Z2024-03-29T15:43:39ZHilton otellər qrupunda keyfiyyətin idarə edilməsi sisteminin yerli otellərə tətbiqi perspektivləriƏliyev, Lamarahttp://hdl.handle.net/20.500.12323/68292023-09-25T12:15:18Z2022-01-01T00:00:00ZTitle: Hilton otellər qrupunda keyfiyyətin idarə edilməsi sisteminin yerli otellərə tətbiqi perspektivləri
Authors: Əliyev, Lamara
Abstract: Tədqiqatın nəzəri və metodoloji bazasını mehmanxana biznesinin sosial-iqtisadi təhlili nəzəriyyəsi və metodologiyası, habelə Azərbaycan Respublikasının mehmanxana biznesi sahəsində qanunvericilik aktları və təlimatları təşkil edir. Bundan əlavə milli mehmanxana biznesi proqramları mövqeyindən milli və xarici şirkətlərin fəaliyyətinin kolmpleks təhlili məntiqinə əsaslandınlmışdır.2022-01-01T00:00:00ZMühasibat uçotu informasiya sistemlərinin Azərbaycanda tətbiqi: kiçik və orta müəssisələr üzrə tədqiqatYaqubzadə, Rüfanəhttp://hdl.handle.net/20.500.12323/68282023-09-25T12:10:47Z2023-01-01T00:00:00ZTitle: Mühasibat uçotu informasiya sistemlərinin Azərbaycanda tətbiqi: kiçik və orta müəssisələr üzrə tədqiqat
Authors: Yaqubzadə, Rüfanə
Abstract: Azərbaycanın kiçik və orta müəssisələrində mühasibat uçotu informasiya sistemlərinin tətbiqi ilə bağlı tədqiqat maliyyə idarəçiliyi təcrübələrinin təkmilləşdirilməsinə dair fikirlər təklif etdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Mövzu, dəqiq uçotun aparılması, qərarların qəbul edilməsi və uyğunluq üçün texnologiyanın inteqrasiyasının səmərəli yollarını müəyyənləşdirməyə kömək edir, regionda KOS-ların böyüməsinə və rəqabət qabiliyyətinə töhfə verir. Biznes əməliyyatlarında texnologiyanın artan rolunu nəzərə alaraq, Azərbaycanda KOS-lar tərəfindən mühasibat uçotu informasiya sistemlərindən necə istifadə edildiyini anlamaq çox aktuallaşır. Tədqiqat rəqəmsal transformasiyada qlobal tendensiyalara uyğunlaşmaq və ölkədə davamlı iqtisadi inkişafı təşviq etmək üçün çətinliklərin öhdəsindən gəlmək və imkanlardan yararlanmaq üçün təsirli tövsiyələr təqdim edir.2023-01-01T00:00:00ZAzərbaycanda kiçik və orta sahibkarlığın gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılmasıHüseynzadə, Məhəmməd Rövşən oğluhttp://hdl.handle.net/20.500.12323/68272023-09-25T12:04:12Z2023-01-01T00:00:00ZTitle: Azərbaycanda kiçik və orta sahibkarlığın gücləndirilməsi və rəqabət qabiliyyətinin artırılması
Authors: Hüseynzadə, Məhəmməd Rövşən oğlu
Abstract: Tədqiqatın məqsədi Azərbaycanın iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olan kiçik və orta sahibkarlığın (KOB) davamlı inkişafa, rəqabət qabiliyyətinin gücləndirilməsinə, maliyyə dəstəyinə, potensialın gücləndirilməsinə, tənzimləmənin təkmilləşdirilməsinə, texnoloji tərəqqiyə, bazara təsirini qiymətləndirməkdir. Araşdırmada Azərbaycanda kiçik və orta sahibkarlığın güclənməsinə maneə olan səbəblər, problemlər və onların həlli yolları müəyyən ediləcək. Tədqiqat zamanı ölkəmizdə kiçik və orta sahibkarlığın güclənməsinə, rəqabət qabiliyyətinin artırılmasına maneə olan səbəblərin, problemlərin və onların həlli yollarının araşdırılması əsas məsələlərdəndir. Araşdırma zamanı empirik və nəzəri tədqiqat metodlarından istifadə edilmişdir. Tədqiqatın nəzəri və metodoloji əsaslarından yerli və xarici alimlər, iqtisadçılar, tədqiqatçıların iqtisadiyyat yönümlü kitablarından, internet resurslarından, o cümlədən mövzunun əhatə dairəsini əks etdirən məqalələrdən istifadə edilmişdir. Tezis 3 fəsildən ibarətdir və abreviatura/qeydlər, xülasə, mündəricat, giriş, nəticə/tövsiyələr və ədəbiyyat icmalından ibarətdir.2023-01-01T00:00:00ZAzərbaycanda qida məhsullarının satış və ixrac fəaliyyətinin təkmilləşdirilməsində marketinqin əhəmiyyəti və roluNuruzadə, Səbinə Canoğlan qızıhttp://hdl.handle.net/20.500.12323/68172023-09-13T11:47:28Z2022-01-01T00:00:00ZTitle: Azərbaycanda qida məhsullarının satış və ixrac fəaliyyətinin təkmilləşdirilməsində marketinqin əhəmiyyəti və rolu
Authors: Nuruzadə, Səbinə Canoğlan qızı
Abstract: Dissertasiyası işinin yerinə yetirilməsi zamanı əsas məqsəd Azərbaycanda ərzaq sektorunda sahibkarlıq subyektlərinin satış və ixrac fəaliyyətinin spesifik xüsusiyyətlərinin öyrənilməsi, onların fəaliyyətinin prinsiplərini, özünəməxsus xüsusiyyətlərini, qida məhsullarının satış və ixrac bazarındakı mövcud vəziyyəti təhlil etməklə, perspektivləri müəyyənləşdirmək tədqiqatın əsas vəzifələrindəndir.2022-01-01T00:00:00Z